Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a onun vəkili Rəsul Cəfərov təsdiq edib.
Məlumata görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.
Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bizim.Media