EN

“Tottenhem” Premyer Liqada qol silsiləsi rekorduna iddialdır

İngiltərə Premyer Liqasının 28-ci turunda “Aston Villa” üzərində 4:0 hesablı səfər qələbəsi “Tottenhem” üçün əlamətdar olub.

Arena.az “Opta Analyst” dərgisinə istinadən məlumat verir ki, bu oyunda da qol vurmaqla, London klubu Premyer Liqada keçirdiyi oyunlarda ardıcıl qol vurduğu oyunların sayını 39-a çatdırıb.

Müvafiq nailiyyət Premyer Liqa tarixində 2-ci nəticədir. Bu göstəricidə birincilik “Arsenal”a məxsusdur. “Topçular” 2000/2001 mövsümündən 2001/2002 mövsümünə qədər 55 oyunda ardıcıl olaraq qolları sıralamağı bacarıblar.

“Tottenhem”in müvafiq qol silsiləsini davam etdirmək imkanında olduğunu nəzərə alsaq, “mahmızlar” mütləq rekorda iddialıdırlar.

Müvafiq siyahıda 3-cü yerdə 2019-cu ildən 2020-ci ilə qədər ardıcıl 36 oyunda fərqlənmiş “Liverpul” qərarlaşıb.

4-cü pillədə isə 2007-ci ilin noyabrından 2008-ci ilin noyabrına qədər, eynilə ardıcıl 36 oyunda qolları sıralamış “Mançester Yunayted” yer alıb.

İlk beşliyi isə 2023-cü ildə ardıcıl 32 oyunda qol vurmuş “Brayton” qapayır.

Chosen
323
12
arena.az

10Sources