21 alimdən ibarət tədqiqat qrupu Yeni Zelandiyanın cənub adası ətrafınndakı Bounti Holeda 100-dən çox yeni növ kəşf edib.
Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, keçən ay tədqiqata rəhbərlik edən dəniz bioloqu Aleks Rocers bu rəqəmin artacağını söyləyib. O, "Daha çox nümunə üzərində çalışdıqca kəşf edilən növlərin sayının artacağını gözləyirəm. Düşünürəm ki, bu sayı 100 əvəzinə yüzlərlə olacaq".
Aşkar edilmiş növlər arasında üç balıq, bir krevet, bir sefalopod və onlarla molyusk olduğu bildirilib.
Tapdıqları ulduz şəkilli canlının çaşqınlıq yaratdığını və bunu təsvir edə bilməyəcəklərini söyləyən Rocers, onu təəccübləndirən şeyin balıq kimi bir heyvanın yeni növlərini kəşf etməsi olduğunu sözlərinə əlavə edib.
Dünya okeanlarında 2 milyondan çox növün yaşadığı təxmin edilir, lakin okean həyatının yalnız 10 faizi məlumdur.
Bu vəziyyətə diqqət çəkən Rocers, dəniz ekosistemlərinin yer üzündə həyatı dəstəklədiyini və bu səbəbdən daha çox məlumat əldə etməyin həyati əhəmiyyət daşıdığını vurğulayıb.
"Biz dəniz həyatının tənəzzülə uğradığını bilirik. Bu tənəzzülü dayandırmaq üçün insan fəaliyyətini idarə etmək üçün dəniz həyatını indikindən daha yaxşı başa düşməliyik", - Rocers deyib.
4800 metr dərinlikdə olan Bounti Hole, balıq ovu üçün əhəmiyyətli ərazi olmadığı üçün bu günə qədər az öyrənilib. Geoloqların daha əvvəl bölgədə çalışdığını bildirən Rocers, buradakı suların bioloqlar tərəfindən ilk dəfə araşdırıldığına diqqət çəkib.
İndiyə qədər bütün dünyada 240 min dəniz növü təsvir edilib. Hər il bunlara orta hesabla 2200 yeni növ əlavə olunur.