EN

Rusiya Baltikyanı ölkələrin səlahiyyətlilərinə sanksiyalar tətbiq edib

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Rusiya Estoniya, Latviya və Litvanın 347 vətəndaşına qarşı sanksiya tətbiq edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sanksiya siyahılarına baş nazirlər, hökumət üzvləri, deputatlar, ictimai xadimlər və media işçiləri daxildir.

Rusiya Xarici İşlər Nazirliyi məhdudiyyətləri Baltikyanı ölkələrin Rusiyaya qarşı düşmənçilik siyasəti yürütməsi ilə izah edib. Eyni zamanda, diplomatlar siyasət və iqtisadiyyatdakı beynəlxalq vəziyyətdən asılı olaraq siyahının istənilən vaxt genişləndirilə biləcəyini vurğulayıblar.

Xatırladaq ki, bundan əvvəl Estoniyanın baş naziri Kaia Kallas NATO qoşunlarının Ukraynadakı döyüş bölgəsinə göndərilməsinə tərəfdar çıxıb. Onun sözlərinə görə, Qərbin Kiyevə yardımı “eskalasiya deyil, müdafiədir”.

Nazlı

Chosen
306
33
sia.az

10Sources