AZ

Slovakiyada minlərlə fəal hökumətin media ilə bağlı planlarına etiraz edib

Slovakiyanın Bratislava və Koşitse şəhərlərində minlərlə fəalın iştirak etdiyi hökumət əleyhinə mitinqlər keçirilib. Nümayişçilər respublika hökumətinin ictimai Slovakiya televiziyası və Slovak radiosuna nəzarəti kəskin şəkildə gücləndirmək planlarına etiraz ediblər.

"Report"un xəbərinə görə, bu barədə "Markiza" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, təkcə Bratislavada hökumət əleyhinə mitinqdə təxminən 15 min fəal iştirak edib. Etirazları Slovakiyanın parlament müxalifətinin liberal partiyaları təşkil edib.

Bundan əvvəl respublikanın 200-ə yaxın jurnalisti hakimiyyətin hərəkətlərinə etirazını bildirən birgə bəyanat imzalayıb, Nazirlər Kabinetinin ictimai yayımçılarla bağlı planlarına qarşı çıxıb. Slovakiya Televiziyasının və Slovak Radiosunun əməkdaşları hökumətin səyləri həyata keçiriləcəyi təqdirdə tətilə çıxmaq imkanını nəzərdən keçirirlər.

Nazirlər Kabinetinin Slovak Televiziyası və Slovak Radiosu ilə bağlı niyyətlərinə etiraz edənlər ictimai yayımçıların müstəqilliyini itirməsindən narahat olduqlarını bildirirlər. Avropa Komissiyasının sədr müavini Vera Yurova da Slovakiya Nazirlər Kabinetinin mətbuat sektorundakı planlarından narahatlığını ifadə edib.

İctimai yayımçılara nəzarət edən Mədəniyyət Nazirliyi Slovakiya Televiziyasının və Slovak Radiosunun yaradıcılıq fəaliyyətinin əhatə dairəsini sərtləşdirmək üçün hökumət qanun layihəsi hazırlayıb. Nazirliyin rəhbəri Martina Simkoviçova iddia edib ki, orada daxili senzura işləyir və yeniliklər bunu aradan qaldıracaq.

Slovakiyada mövcud hökumət koalisiyasına daxil olan partiyalar parlamentdə çoxluğa malikdir. Telekanalın məlumatına görə, koalisiyadan olan deputatlar Mədəniyyət Nazirliyinin təklif etdiyi sənədi asanlıqla təsdiqləyə bilərlər.

Seçilən
425
1
report.az

10Mənbələr