EN

Polşa 50-dən çox ölkədəki səfirini dəyişir

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib.“Report” xəbər verir ki, bu barədə XİN-in rəsmi saytında dərc olunmuş məlumatda deyilir.Qeyd olunub ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib.Bildirilib ki, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.

Chosen
61
11
sherg.az

10Sources