Bakupost.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hərbi əməliyyatlar səbəbindən şəhərdəki bələdiyyə xidmətlərinin tamamilə dayanıb. Bu səbəbdən Cibaliyedə zədələnmiş kanalizasiyalardan gələn tullantı suları küçələrə axır.
İsrailin 5 aydan artıqdır ki, mühasirədə saxladığı, hətta humanitar yardımların belə gətirilməsinə mane olduğu Cibaliya sakinləri çirkli su səbəbindən müxtəlif xəstəliklərə yoluxurlar.
Fələstin Ətraf Mühitin Qorunması Təşkilatının yanvar ayında verdiyi açıqlamada bildirilib ki, İsrailin hücumları nəticəsində içməli su qıtlığı yaranıb. Dəniz suyunu təmizləyən qurğular isə bağlanıb. Qəzza zolağı əhalisinin 66 faizinin çirkli su ilə yayılan vəba, xroniki ishal və bağırsaq xəstəliklərindən əziyyət çəkir.
Nilay, BakuPOST