AZ

Moskva sakinlərinə XƏBƏRDARLIQ: təbii fəlakət başladı

Moskvada qarın sürətlə əriməsi səbəbindən aktiv daşqınlar başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Moskva Bələdiyyə Təsərrüfatının ""Telegram kanalında paytaxt sakinlərinə xəbərdarlıq edilib.

Merin müavini Pyotr Biryukovun sözlərinə görə, daşqın aktiv fazaya keçib, su anbarları su ilə dolmağa başlayıb. Lakin proses rəvan getdiyindən ərazilərin su altında qalması gözlənilmir. Bu, həm də Moskva və Moskva vilayətini fasiləsiz su ilə təmin etməyə imkan verəcək.

"İndi Moskvoretsk və Vazuz sistemlərinin su anbarlarında suyun səviyyəsi sutkada 20-60 santimetr yüksəlir", - idarədən bildiriblər.

Seçilən
277
15
publika.az

10Mənbələr