"Qarabağ"la oyunda dubl edən hücumçu ən yaxşı seçildi
Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Futbolpress.az xəbər verir ki, bu ada "Bayer"in hücumçusu Patrik Şik layiq görülüb.
Çexiyalı forvard "Qarabağ"a qalib gəldikləri oyunda (3:2) dubl edib.