Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub. Futbolpress.az xəbər verir ki, bu ada "Bayer"in hücumçusu Patrik Şik layiq görülüb. Çexiyalı forvard "Qarabağ"a qalib gəldikləri oyunda (3:2) dubl edib.