EN

Dəstək olun, lisenziya qazanaq - Avropa çempionumuz azarkeşlərə səslənib (VİDEO)

Bakı. Trend:

Məşqlərimiz yaxşıdır səviyyədədir.

Trend xəbər verir ki, bunuİdman.bizTv-yə Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (60 kq)deyib.

Avropa çempionu Bakıda keçiriləcək Avropa Olimpiya TəsnifatTurnirinə hazırlığı dəyərləndirib. O bildirib ki, son toplanışdansonra tam formada olacaq: “Zədələrim var, ona görə həm onları bərpaedirəm, həm də məşq prosesində iştirak edirəm. Ondan sonra artıqçəkini salıb, yarışa qatılacam. Avropa çempionatının ardınca çoxşey dəyişməyib. Çünki məqsədimiz eynidir. Əsas amalımız Paris-2024Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Özümə inamım artıb.Həmçinin, çəkimdə favorit sayılıram. Bu yarışda lisenziyaqazanacağıma çox inanıram. Olimpiadaya vəsiqə Avropaçempionluğundan daha üstündür. Əlbəttə, Olimpiya ili olduğu üçünlisenziya əldə etsəm, çox yaxşı olacaq. Yetəri qədər təcrübəm var.Bu yaşda Avropa çempionu adını qazansam da, deyərdim ki,gecikmişəm”.

Məmmədlinin sözlərinə görə, hələlik onun çəkisində Avropadanhansısa güləşi lisenziya əldə edə bilməyib: “Bu səbəbdən yarış çoxçətin və mübarizə dolu keçəcək. Yarışda Bolqar, türk, moldovalı vəs. kimi güclü rəqiblər olacaq. Bu turnirin Bakıda keçməsi bizəəlavə stimul verir. Çünki azarkeşlərimizin dəstəyinə ehtiyacımızvar. Hər kəsi bizi yarış günündə dəstək olması üçün arenaya dəvətedirəm”.

Qeyd edək ki, aprel 5-7-də Bakıda keçiriləcək Avropa OlimpiyaTəsnifat Turniri Milli Gimnastika Arenasında baş tutacaq.

Chosen
307
39
az.trend.az

10Sources