EN

Qərb Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək yolunu tapıb

G7, Avropa İttifaqının Rusiyanı Ukraynaya “dəydiyi ziyanı ödəməyə” məcbur etmək üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etmək təklifini dəstəkləyib .

Marja.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzeti yazıb.

Xəbərdə qeyd edilib ki, Belçikanın "Euroclear" şirkəti sanksiyalara görə Rusiya vəsaitlərinin investisiya edildiyi istiqrazlar üzrə faiz gəlirlərini Rusiya Mərkəzi Bankına köçürə bilmir. Hazırda şirkətin bu istiqrazlardan gəliri 1,28 milyard avro təşkil edir. Razılaşmaya görə, "Euroclear" gəliri Ukraynaya yardım fonduna köçürəcək.

ABŞ Xəzinədarlığı elan edib ki, Rusiyanın təxminən 280 milyard dollarlıq aktivi bütün dünyada dondurulub, onların əksəriyyəti Avropa İttifaqındadır.  Moskva bütün aktivlərin bloklanmasını qanunsuz hesab edir.  2022-ci ilin martında Rusiya Ukraynada müharibəyə başlayandan sonra Rusiyanın maliyyə naziri Anton Siluanov xaricdə dondurulmuş aktivlərin 300 milyard dollar məbləğində olduğunu bildirmişdi.

Euroclear
Chosen
604
23
marja.az

10Sources