Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlərin Ukraynaya kömək məqsədilə istifadə edilməsi planını təsdiqləyiblər.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Avropa Komissiyası bu ilin dekabr ayının əvvəlində bu imkanın həyata keçirilməsi üçün konkret hüquqi mexanizm təqdim etməyi planlaşdırır.
Həmçinin qeyd edilir ki, Aİ bu məsələdə öz yanaşmasını Böyük Britaniya və ABŞ ilə sinxronlaşdırmaq niyyətindədir.
Paşa Məmmədli