EN

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu

Bu gün səhər saatlarında Kiyev ballistik raketlərlə atəşə tutulub.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat verib.
Məlumata görə, şəhərin Peçersk, Solomensk və Dneprovsk rayonlarında partlayışlar baş verib, iki çoxmərtəbəli bina zədələnib, 4 nəfər də yaralanıb.
Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk bildirib ki, Kiyevə atılan iki ballistikin hamısı vurulub.
Chosen
43
38
aktual.az

10Sources