EN

Cəlilabadda üç uşağı ilə birgə itkin düşən qadından xəbər var

Cəlilabadda 3 uşağı ilə birgə itkin düşən qadın tapılıb.

Oxu.Az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qadın və uşaqları Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.


BiG.Az
Chosen
104
16
big.az

10Sources