Öskürək üçün faydalı soğan mürəbbəsi – Belə HAZIRLAYIN
Soğan mürəbbəsi öskürəyin müalicəsi üçün təsirli və faydalı vasitədir. Sağlamolun.az soğan mürəbbəsinin hazırlanma qaydasını təqdim edir: 3 ədəd orta boy soğanı götürüb ətçəkən maşından keçirin. 1 stəkan şəkər əlavə edin, qarışdırın və 30 dəqiqə dəmləyin. Yavaş odda, davamlı qarışdıraraq, təxminən 10 dəqiqə bişirin. - Soyudun, 1 xörək qaşığı bal əlavə edin və yaxşı qarışdırın. - Soyuducuda saxlayın. Öskürən zaman gündə 4-5 dəfə bir xörək qaşığı qəbul edin.