EN

Hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar

Aktiv döyüşlərin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 4 Aprel-Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü münasibətilə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, minalar və paertlayıcı qalıqlar müharibələrin ən təhlükəli qalıqlarındandır:

“Onlar döyüşlər bitdikdən sonra on illiklər keçsə belə, insanların həyatlarına təhlükə yaradır”.

Azərbaycan ərazisinə 30 illik işğal dövründə döşənmiş minaların təhlükəsini açıq şəkildə göstərmək üçün BQXK maarifləndirici məlumatda zərərçəkənlərin yaxınlarının fikirlərinə də yer verib.

Chosen
115
5
publika.az

10Sources