AZ

Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar - BQXK

Bakı. Trend:

Aktiv döyüşlərin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq,Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanıolurlar.

Trend xəbər verir ki, bubarədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 4 Aprel-BeynəlxalqMina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günümünasibətilə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, minalar və partlayıcı qalıqlar müharibələrin əntəhlükəli qalıqlarındandır:

“Onlar döyüşlər bitdikdən sonra on illiklər keçsə belə,insanların həyatlarına təhlükə yaradır”.

Azərbaycan ərazisinə 30 illik işğal dövründə döşənmiş minalarıntəhlükəsini açıq şəkildə göstərmək üçün BQXK maarifləndiriciməlumatda zərərçəkənlərin yaxınlarının fikirlərinə də yerverib.

Komitə onu da diqqətə çatdırıb ki, mina və partlamamışqurğuların təhlükələri barədə məlumatlılığın artırılması iləyanaşı, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) vəbu yöndə fəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıqedir:

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Beynəlxalq QızılXaç Komitəsi (BQXK) Azərbaycanda münaqişənin təsirinə məruz qalmışərazilərdə yaşayan insanlar arasında minalar və MPQ-lərintəhlükələri barədə məlumatlılığın artırılması üçün fəaliyyətlərhəyata keçirir. BQXK-nın Silahlarla çirklənmiş ərazilərlə bağlı işproqramının başlanmasından etibarən 36,000-dən çox insana (2023-cüil ərzində 13,000 nəfərə) bu istiqamətdə həyat xilasdediciməlumatlar çatdırılmış, eyni zamanda daha təhlükəsiz davranışhaqqında mesajlar ötürülmüşdür. Mina və partlamamış qurğularıntəhlükələri barədə məlumatlılığın artırılması ilə yanaşı, BQXKAzərbaycan Respublikası Minatəmizləmə Agentliyi və bu yöndəfəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıq edir. Buəməkdaşlıq çərçivəsində aidiyyəti sahədə çalışan mütəxəssislər üçünmüxtəlif təlimlər, o cümlədən partlayış travmalarına yanaşma kursu,ilk yardım təlimləri təşkil edilir, mina təmizlənməsi üçün lazımola biləcək fərqli avadanlıqların ianəsi həyata keçirilir”.

Məqalədə:
Seçilən
95
12
az.trend.az

10Mənbələr