EN

“Qarabağ” 13, “Neftçi” 1, “Sabah” 4 pillə irəlilədi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Neftçi” və “Sabah” klubuları dünya reytinqindəki mövqelərini yaxşılaşdırıblar.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.

Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” 13 pillə irəliləyib. Hazırda 48-ci olan Ağdam təmsilçisinin hesabında 176,75 xal var.

“Neftçi”də 1 pillə irəliləmə müşahidə edilib. “Ağ-qaralar” (62 xal) 377-ci pilləyə yüksəliblər.

Yenidən siyahıya qayıdan “Sabah” isə 4 pillə irəliləyib. Paytaxt təmsilçisi hazırda 58,75 xalla 413-cüdür.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.

  1. Mançester Siti (İngiltərə) – 401
  2. Real (İspaniya) – 332
  3. İnter (İtaliya) – 311
  4. Bayer (Almaniya) – 279
  5. Milan (İtaliya) – 253
  6. Əl-Əhli (Misir) – 243
  7. Roma (İtaliya) – 241,5
  8. Fluminense (Braziliya) – 233
  9. Atletiko (Madrid, İspaniya) – 232
  10. PSV (Niderland) – 229,5
  11. Barselona (İspaniya) – 228
  12. Bayern (Almaniya) – 227
  13. Liverpul (İngiltərə) – 227
  14. Palmeyras (Braziliya) – 226
  15. Yunion (Belçika) – 224
  16. Fortaleza (Braziliya) 219,5
  17. Vest Hem (İngiltərə) – 215,5
  18. Fənərbaxça (Türkiyə) – 214,5
  19. Atalanta (İtaliya) – 213
  20. Flamenqo (Brailiya) – 212
  21. Botafoqo (Braziliya) – 212
  22. Portu (Portuqaliya) – 212
  23. Leypsiq (Almaniya) – 212
  24. Arsenal (İngiltərə) – 212
  25. PSJ (Fransa) – 208
  26. Qalatasaray (Türkiyə) – 206
  27. Benfika (Portuqaliya) – 206
  28. Borussiya (Dortmund, Almaniya) – 206
  29. Estudiantes (Argentina) – 204,5
  30. Fiorentina (İtaliya) – 204,5
  31. San Paulo (Braziliya) – 204
  32. Latsio (İtaliya) – 194
  33. Aston Villa (İngiltərə) – 193,5
  34. Real Sosyedad (İspaniya) – 193
  35. İnternasional (Braziliya) – 192
  36. Libertad (Paraqvay) – 190
  37. Atletiko Nasional (Kolumbiya) – 188
  38. Defensea Xustisiya (Argentina) 186
  39. Feyenord (Niderland) – 186
Chosen
231
50
arena.az

10Sources