Demokrat.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat qeyd edib ki, dolların güclənməsi regional münaqişələr fonunda investorların ABŞ puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlanma ilə bağlıdır:
“Bu ilin mart ayında Birləşmiş Ştatlarda 303 min əlavə iş yeri yaradılıb. İnflyasiya dərəcəsi isə hədəf diapazonuna - 2 faizə - yaxındır. Dolların digər əksər səbət valyutalara nisbətən də güclənməsi müşahidə olunmaqdadır.
Azərbaycanda da dollar bahalaşa bilərmi?
Manatın dollara nisbətən məzənnəsi, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, bu tədiyyə balansının vəziyyətindən, daha dəqiqi - neftin qiymətindən asılı olacaq. Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.
Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi - enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq.
10Sources
-
525.az"Dollar dünya bazarında yenidən möhkəmlənməkdidr" - Millət vəkili ( 5551096)
-
nocomment.azAzərbacanda dollar bahalaşa bilər? – AÇIQLAMA ( 5522782)
-
baku.newsAzərbaycanda dollar bahalaşa bilər? ( 5521901)
-
banco.azAzərbaycanda dollar bahalaşa bilər? ( 5519518)
-
buta.mediaDollar bahalaşır: Manatı nə gözləyir? ( 5518198)
-
demokrat.azDollar bahalaşır: Valyuta bazarında gözləntilər nədir? ( 5516386)
-
oxu.azDollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO ( 5515954)
-
azxeber.comAzərbaycanda dollar bahalaşa bilər? ( 5509744)
-
azxeber.comAzərbaycanda dollar bahalaşa bilər? ( 5509741)
-
musavat.comAzərbaycanda dollar bahalaşa bilər? ( 5509696)