Bakı. Trend:
2023-2024-cü tədris ilinin yaz semestrində təhsil tələbə kreditialmaq üçün müraciət edənlərin bu günə olan statistikasıaçıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan Trend-ə verilən məlumata görə, yazsemestri ərzində 7449 tələbə kredit almaq üçün müraciət edib.
Məlumata görə, onlardan 504 nəfərin müraciəti natamam olub, 365nəfərin müraciəti emal mərhələsindədir. Habelə 390 nəfərinmüraciətinə imtina cavabı verilib, 335 nəfərin müraciəti isə bankayönləndirilib.
Yaz semestri üzrə 5855 tələbəyə təhsil krediti verilib. Onlarınarasından 1786 nəfərin müraciəti sosial, 4069 nəfərin müraciəti isəstandart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.