AZ

Bu günədək neçə tələbə təhsil krediti alıb?

Bakı. Trend:

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciətedənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Trend-ə bildirilib ki, indiyədək 42 min162 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 554 nəfərinmüraciəti natamam olub, 476 nəfərin müraciəti emal mərhələsindədir.Habelə 9 min 142 nəfərin müraciətinə imtina cavabı verilib, 438nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 31 min 552 nəfərə TTK verilib. Onların arasından 11min 59 nəfərin müraciəti sosial TTK, 20 min 493 nəfərin müraciətiisə standart TTK olaraq rəsmiləşdirilib.

Seçilən
288
16
az.trend.az

10Mənbələr