EN

"Fotoşopdakı üzləri realda düzəltməyimi istəyirlər"- » Medical Media


Xanimlar fotoşopla çəkdikləri şəkilləri sosial şəbəkələrdə yerləşdirdikdən sonra real həyatda da eynən o cür görünmək istəyirlər.

Bu vəziyyətin artıq kütləvi hal aldığından şikayətlənən Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Hayati Akbaş bildirib ki, plastik cərrah olaraq bunun gələcəkdə cox ciddi problemlər yaradacağını düşünür.

Həkim ən son 25 yaşlı gənc bir qızın fotoşopla çəkilmiş şəkil sayəsində bir gənclə tanış olduğunu, evlənmək təklifi aldığını deyib. Amma həyatda o şəkildədki kimi deyil deyə, oğlanla goruşə gedə bilmədiyini bildirib.

Fotoşopla şəkil çəkdirmək insanların psixologiyasını tamamilə korladıır. Sadəcə foto sahiblərini deyil, həm də bu görüntülərə aşiq olan, bağlanan insanarın da. Xanımlar ağlayaraq bəzən tələb edərək, fotoşopdakı hallarını realda görmək istədiklərini deyir. Bu çox dəhşətli mənzərədir deyə, həkim bildirib.

Fotoşopla foto paylaşanlar anlamalıdır ki, özlərini cəmiyyətə həqiqi mənliyindən fərqli bir şəkildə təqdim etdikdə mütləq bir çox psixoloji, sosioloji, etik və əxlaqi problemlər ortaya çıxacaq, deyə Prof. Dr. Hayati Akbaş vuğulayıb.

Chosen
401
medicalmedia.az

1Sources