İngiltərədə anadangəlmə eşitmə qüsuru olan 18 aylıq Opal Sandy gen terapiyası nəticəsində cihazsız eşitməyə başlayıb.
Medicalmedia.az xəbər verir ki, müalicə altı ay sonra nəticə verməyə başlayıb.
Belə ki, qulağa gen infuziyası yeridilməsi ilə Sendinin irsi karlığa səbəb olan zədələnmiş DNT-si dəyişdirilib.
18 aylıq Opal da daxil olmaqla bir qrup xəstə İspaniya, Böyük Britaniya və ABŞ-da sınaq mərhələsində müalicə üçün seçilib.
Gen terapiyasında Otof geninin bir nüsxəsi təkmilləşdirilmiş, zərərsiz virusdan istifadə edərək hüceyrəyə çatdırılır.
Bu yeni müalicə kiçik qızın sağ qulağına ümumi anesteziya altında tətbiq edilib. Bir neçə həftə ərzində Opal sağ qulağında əl çalma kimi yüksək səslər eşidə bilib.
Altı ay sonra Kembricdəki Addenbrooke Xəstəxanasının həkimləri müəyyən edib ki, genlə müalicə olunan sağ qulaq demək olar ki, normal olaraq sakit səsləri, hətta pıçıltıları eşidir.