EN

Spirti zərərsizləşdirən gel yaradıldı

İsveçrə alimləri spirti zərərsizləşdirən gel yaradıblar.

Medianews.az xəbər verir ki, bu barədə  “Nature Nanotechnology” jurnalında  dərc olunan araşdırmada qeyd edilib.

Gel qan dövranına keçməzdən əvvəl mədə-bağırsaq traktında spirti parçalayır. Bildirilir ki, gələcəkdə gel spirtin insana zərərli və məstedici təsirini azalda bilər.

Spirt mədə və bağırsaqlarda görünür, orada qana, sonra isə qaraciyərə sorulur. Alkoqolun böyük hissəsi buradan xaric olur. Qaraciyərdə spirti müxtəlif maddələrə, o cümlədən asetaldehid və sonra sirkə turşusuna çevirən fermentlər var. Asetaldehid zəhərlidir və qaraciyəri məhv edir.

“Gel asetaldehid istehsal etmədən spirti sirkə turşusuna çevirir. Alkoqol qəbulu zamanı və ya alkoqol qan dövranına keçməzdən əvvəl spirti dəyişdirir. Ancaq spirt artıq qandadırsa, deməli, artıq gecdir”.

Tədqiqatçılar qeyd ediblər ki, gel ilk növbədə alkoqolla bağlı ölüm hallarını azaltmağa kömək etməlidir, çünki texnologiyanın spirtin qaraciyər və bağırsaq kimi orqanlara mənfi təsirini azaltdığına dair sübutlar var.

Ayşən

 

Chosen
340
3
medianews.az

8Sources