Bakı. Trend:
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıqturnirində iştirak edəcək.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətiaçıqlayıb.
İyunun 3-dən 11-dək keçiriləcək turnirə Moldovanın Tiraspolşəhəri ev sahibliyi edəcək. Millimizin rəqibləri Qazaxıstan,Türkiyə və Moldova yığmaları olacaq.
U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun“Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin“Dinamo” stadionunda qarşılaşacaq. Tiraspoldakı matçlar Bakı vaxtıilə 20:30-da, digər qarşılaşma 18:00-da başlayacaq.
Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli KomandalarınTəlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək.U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışıkeçəcək.
4 iyun
20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)
7 iyun
18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)
10 iyun
20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)