EN

45 yaşlı qadın qəzada öldü

Bu gün gecə saatlarında Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, Güloğlan İsmayılov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən piyadanı vurub.

Nəticədə 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva ağır xəsarətlər alıb. 

V. Əliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Chosen
48
6
bakivaxti.az

6Sources