AZ

Lənkəranda 45 yaşlı qadın qəzada vəfat etdi - FOTO

Bu gün gecə saatlarında Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, Güloğlan İsmayılov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən piyadanı vurub.

Nəticədə 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva ağır xəsarətlər alıb.
V. Əliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

Seçilən
59
6
bizim.media

6Mənbələr