HƏMAS Qəzza zolağında 210 nəfəri girov saxlayır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib.
"İndiyədək qaçırılan 210 və öldürülən 307 hərbçimizin ailələrini xəbərdar etmişik. Yaxın günlərdə bu rəqəm dəyişə bilər", - o deyib.
O, girovların Qəzzaya aparıldığını, ancaq onların dəqiq yerinin bilinmədiyini, buna görə onları qurtarmağın çətinləşdiyini bildirib.
Rəsmilər çox adamın Qəzzanın altındakı tunellər şəbəkəsində saxlana biləcəyini deyiblər. İsrail əsgərləri bu tunelləri “Qəzza metrosu” adlandırırlar.