EN

TƏBİB və “Sana” klinikası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

TƏBİB və Almaniyanın nüfuzlu “Sana” klinikası arasındaəməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

TƏBİB-dən Trend-ə bildirilib ki, memorandumu TƏBİB-in İcraçıdirektoru Vüqar Qurbanov və “Falk Beratung” şirkətinin baş icraçıdirektoru Tomas Falk imzalayıblar.

Memorandumun imzalanması mərasimində TƏBİB-in İcraçıdirektorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, TƏBİB-instruktur bölmə rəhbərləri, Yeni Klinikanın direktoru Barat Yusubov,“Sana” klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer,“Falk Beratung” şirkətinin ictimaiyyətlə əlaqələr ofisinin rəhbəriTobias Luk, Almaniya Federativ Respublikasının Azərbaycandakısəfirliyinin nümayəndəsi Hayko Şvartz və digərləri iştirakediblər.

Bildirilib ki, memoranduma əsasən “Sana” klinikası tərəfindənYeni Klinikada xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi,xarici pasiyentlərin cəlb edilməsi, birgə kliniksınaqlar/tədqiqatlar, həkimlər, tibb bacıları və administrativişçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramları, ISO 9001və/və ya JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibbbacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartlarınişlənib hazırlanması və təkmilləşdirilməsi, müəssisədə tibbixidmətlərin təkmilləşdirilməsi məqsədilə mütəxəssis mübadiləsininhəyata keçirilməsi və “Sana” brendindən istifadə hüququ nəzərdətutulub.

Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstəriləntibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması,göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, YeniKlinikanın tibbi turizm potensialının artırılması və tibbituristlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadrpotensialının inkişafı, innovativ həllərin tətbiqi vərəqəmsallaşdırılma işlərinin həyata keçirilməsi planlaşdırılıb.

TƏBİB-in inzibati binasında keçirilən görüşdə İcraçı direktorVüqar Qurbanov son illər ölkəmizdə digər sahələr kimi səhiyyəsahəsində aparılan islahatlar, həyata keçirilən yeniliklər və əldəolunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Ölkərəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində tibb sahəsindəyeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütüntəbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təminedildiyini, icbari tibbi sığortanın tətbiqi ilə xidmətkeyfiyyətinin, tibb müəssisələrin maddi-texniki bazasının, kadrpotensialının qabaqcıl standartlara uyğun şəkildə yüksəldiyini qeydedib. V.Qurbanov bildirib ki, bütün bunların nəticəsidir ki, birçox inkişaf etmiş ölkələr səhiyyə sahəsində Azərbaycanlaəməkdaşlığa maraqlıdır. Bu marağın təzahürü kimi Almaniyanınnüfuzlu və böyük medikal qrupu olan “Sana” klinikasını misalgöstərmək olar. Bu, həm də Azərbaycan-Almaniya arasında beynəlxalq,iqtisadi və dostluq əlaqələrinin yüksək səviyyəsinə dəlalət edir.Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsi qlobal müstəvidəxarici özəl tibb müəssisəsi ilə pasiyent məmnunluğu, xidmətkeyfiyyətinin artırılması, xəstəxana idarəetməsi üzrə təcrübəmübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə kliniksınaqlar/tədqiqatlar, həkimlər, tibb bacıları və administrativişçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramları üzrəəməkdaşlığa başlayır.

“Falk Beratung” şirkətinin baş icraçı direktoru Tomas Falkbildirib ki, bu əməkdaşlıq “Sana” klinika ilə yanaşı, Almaniya üçündə bir yenilikdir. Əminəm ki, bu əməkdaşlıq ölkələrimiz arasındakıdigər əlaqələrə də töhfə verəcək. Biz konstruktiv və səmimiəməkdaşlığa hazırıq. Əməkdaşlıq çərçivəsində “Sana” klinikasınınloqosunun Yeni Klinikada müştərək istifadə olunması təklifedilib.

Qeyd edək ki, “Sana” klinikasının loqosundan istifadə edilməsidünya praktikasında ilk dəfə Azərbaycanda tətbiq ediləcək. Bu, YeniKlinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibbmüəssisəsi kimi tanınmasına böyük töhfə verəcək.

Məlumat üçün bildirək ki, “Sana” Almaniyanın Münxen şəhərindəkivə 1976-cı ildən fəaliyyət göstərən aparıcı tibb şirkətlərindənbiridir. 34 mindən çox əməkdaşı olan klinika 120-yə yaxın tibbmüəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 addatəxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.

Chosen
151
17
az.trend.az

10Sources