19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Moldovada təşkil edilmiş yoldaşlıq turnirində bu gün ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.
Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 27-ci dəqiqədə Nihad Əhmədzadə, 87-ci dəqiqədə isə Şahin İbrahimov vurublar.
Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində növbəti oyununu iyunun 7-də, Bakı vaxtı ilə saat 18:00-da Türkiyənin U-20 komandasına qarşı keçirəcək. Ayın 10-da isə millimizi Moldovanın U-19 kollektivi ilə qarşılaşma gözləyir. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.