EN

İsrail Dəməşq və Hələb hava limanlarına hücum edib

İsrail

İsrail Müdafiə Qüvvələri Dəməşq və Hələb hava limanlarının uçuş-enmə zolaqlarına raket zərbələri endirərək onları sıradan çıxarıb.

Reyting.az
xəbər verir ki, bu barədə SANA agentliyi Suriya ordusuna istinadla məlumat yayıb.

Bildirilir ki, bu gün səhər saat 05:25 radələrində İsrail işğal olunmuş Suriyanın Qolan bölgəsindən eyni vaxtda hava hücumu həyata keçirərək, Dəməşq və Hələb beynəlxalq hava limanlarına zərbələr endirib.

İsrail Müdafiə Qüvvələrinin nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.
Chosen
692
1
reyting.az

10Sources