
İsrail Müdafiə Qüvvələri Dəməşq və Hələb hava limanlarının uçuş-enmə zolaqlarına raket zərbələri endirərək onları sıradan çıxarıb.
Reyting.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya ordusuna istinadla məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saat 05:25 radələrində İsrail işğal olunmuş Suriyanın Qolan bölgəsindən eyni vaxtda hava hücumu həyata keçirərək, Dəməşq və Hələb beynəlxalq hava limanlarına zərbələr endirib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.