İyunun 9-da doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.
Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır.
İmtahanlarda ümumilikdə 2 363 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 2121 nəfər (2088 nəfər ingilis dili, 11 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 242 nəfər (239 nəfər ingilis dili, 2 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. 2 əcnəbi isə iyunun 10-da Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda 4 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Sevinc Qarayeva
Bizi İnstagramda izləyin