EN

Bu gün saat 21:00: Albaniya - Azərbaycan

Azərbaycan milli komandası Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
Millimiz Bakı vaxtı ilə saat 21:00-da “Haladas SportKomplexum”da Albaniya yığması ilə qarşılaşacaq. “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək:
 
7 iyun 2024
 
Albaniya – Azərbaycan
Haladas SportKomplexum, Sombatxey. Saat 21:00
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: İstvan Albert, Gerqo Viqh-Tarsonyi
Dördüncü hakim: İstvan Vad
Chosen
192
affa.az

1Sources