EN

U-19 millimiz Türkiyə yığmasına biabırçı hesabla uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşıb.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş Türkiyə kollektivinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 yığmamız turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Millimiz turnirdəki sonuncu matçını iyunun 10-da Moldovanın 19 yaşlılardan ibarət kollektivinə qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Chosen
170
14
arena.az

10Sources