EN

Lavrov: Münaqişə böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur - YENİLƏNİB

Ermənistan-Azərbaycan münaqişəsi böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda baş tutan Cənubi Qafqaz üzrə “3+3” regional platformasının XİN başçılarının toplantısının yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İrəvan “3+3” formatına müsbət yanaşır:

“Bu, başlıca həll olunmamış problem olub. Əlbəttə ki, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması ilə bağlı praktiki addımların atılması qalır. Hər şeydən öncə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və hansısa maneə olmadan nəqliyyat və iqtsadi əlaqələrin qurulması qalır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair bu aspektlər birbaşa olaraq “3+3” formatında müzakirə olunmur. Tərəflərin razılaşdığı kimi bunun üçün ayrıca kanallar var. Rusiya bütün bu proseslərdə əlaqələndirici rolunu oynayır. Lakin “3+3” platforması özü-özlüyündə Azərbaycan və Ermənistanın iştirak etdiyi digər əlavə platformalar kimi Bakı ilə İrəvan arasında qalan problemləri həll etməyə obyektiv kömək edir”.

***

Saat 20:42

Münaqişə böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur.

APA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlamasında bildirib.

Lavrov qeyd edib ki, münasibətlərin tam normallaşdırılması üçün ilk növbədə, sülh müqaviləsinin hazırlanması, delimitasiya və nəqliyyat-iqtisadi əlaqələrin qurulması addımları qalır:

“Ermənistan-Azərbaycan münasibətlərinin bu aspektləri “3+3” formatında birbaşa müzakirə olunmayıb, bunun üçün başqa kanallar var, lakin platformanın özü Ermənistanla Azərbaycan arasında qalan məsələlərin həllinə kömək edir”.

Chosen
817
7
apa.az

10Sources