EN

Dünyada ən çirkli havası olan şəhərin adı açıqlandı

Hindistanın paytaxtı Yeni Dehli dünyada ən yüksək hava çirkləndiricilərinə malikdir.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” ekoloqlara və İsveçrənin “IQ Air” şirkətinin məlumatlarına istinadən yazıb.

Bildirilib ki, səlahiyyətlilərin bunla bağlı tədbirləri nəticə vermir.

Belə ki, Yeni Dehlidə havanın keyfiyyət indeksi 346-ya, Mumbayda 177-yə çatıb. “IQ Air”in məlumatına görə, Hindistanın paytaxtında incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyələrdən təxminən 20 dəfə yüksəkdir.

Chosen
392
29
publika.az

10Sources