EN

Kamran Əliyev Ankarada işgüzar səfərdə

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib.
TDT-yə üzv Dövlətlərin Baş Pro­kurorları Şurasının 2-ci iclasında açılış nitqi ilə çıxış edən Türkiyə Ali Məh­kəməsinin Baş prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev və Ağsaqqal Şurasının sədri Binəli Yıldı­rım iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Türk dövlətləri Təşki­latına üzv Dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün for­malarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. TDT Baş Prokurorları Şurasının 2-ci toplantısının Türkiyənin qurulması­nın 100 illiyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib.
İclasın sonunda Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıs­tanda keçirilməsi qərara alınıb.
Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri da­vam edir.
XQ

Chosen
642
49
xalqqazeti.az

10Sources