Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA
Şəkidə məktəb binasında baş verən yanğın hadisəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib.Patrul.az xəbər verir ki, hadisə istifadəyə yararsız binanın ikinci mərtəbəsində baş verib.Qeyd olunub ki, iyunun 19-da təxminən saat 23:10-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib:"Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".