Ağdaş rayonunda azyaşlı itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib. Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.
Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.
Müraciətlə bağlı araşdırma aparılır.