AZ

Balıq tutmağa gedən 6 yaşlı uşaq yoxa çıxdı

Ağdaş rayonunda azyaşlı itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib. Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.

Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və digər aidiyyəti qurumların əməkdaşları azyaşlının tapılması istiqamətində axtarış aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
82
9
milli.az

10Mənbələr