Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Tərəflər oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün nəticələrini yüksək qiymətləndiriblər.
Nazirlər Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin cari məsələlərini müzakirə ediblər.