EN

“Şimal” bu gün UEFA Regionlar Kubokunda mübarizəyə başlayacaq

Azərbaycanın UEFA Regionlar Kubokundakı təmsilçisi “Şimal” bu gün mübarizəyə başlayacaq. Komanda Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupunda birinci oyununa çıxacaq.
“Şimal” Kutaisi Futbol Akademiyasının meydanında yerli komanda “Football School Bridge” ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşmanı Monteneqrodan olan baş hakim Miloş Boşkoviç idarə edəcək.
Qeyd edək ki, “Şimal” qrupda ikinci matçını iyulun 1-də, Bakı vaxtı ilə saat 19:00-da İsveçin “Qothenburq” kollektivinə qarşı keçirəcək.
Chosen
251
1
affa.az

2Sources