Danimarka vətəndaşlarını Livanı tərk etməyə çağırıb. Manset.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin Vətəndaş Xidməti bölməsinin rəhbəri Steen Hommel “X” hesabında paylaşıb.Danimarka XİN rəsmisi Livandakı vəziyyətin qeyri-müəyyən olduğunu əsas gətirərək vətəndaşlarını ölkəni tərk etməyə çağırıb:"Livana səyahət etməyinizi tövsiyə etmirik və imkanınız varsa, ölkəni tərk etməyinizi istəyirik".