Abşeron Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron-Xızı regional nümayəndəliyinin Abşeron bölməsinin təşkilatçılığı ilə “Mərkəzə doğru” layihəsi çərçivəsində rayon ərzasində məktəblilər üçün bir sıra maarifləndirici silsilə tədbirlər həyata keçirildi.Maarifləndirici tədbirlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron-Xızı regional nümayəndəliyinin Abşeron bölməsinin məktəbin yuxarı sinif şagirdlərinə “komanda quruculuğu və kommunikasiya bacarıqları” mövzusunda təlimlər keçirildi.Layihə çərçivəsində Xırdalan şəhər 5 və 11 saylı tam orta məktəblərdə iştirakçılara gənclər üçün yaradılmış imkanlar, komanda quruculuğu, qeyri-formal təhsilin əhəmiyyəti, effektiv kommunikasiya yolları, kommunikasiyada bədən dili, kommunikasiyada rəng psixologiyası , həmçinin gənclərə qurumun fəaliyyət istiqamətləri, üzvlük sistemi, könüllülük, həyata keçirilən layihələr, təlimlər haqqında məlumat verilib.Tədbirin sonunda isə Abşeron rayon İcra hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron-Xızı regional nümayəndəliyinin Abşeron bölməsinin məsul əməkdaşları tərəfindən gənclərin ideya və təklifləri dinlənilib.Məlumat üçün bildiririk ki, layihənin il ərzində rayonun digər məktəblərində də keçirilməsi planlaşdırılır. Gununsesi.info