Azərbaycan kikboksçusu Ümumdünya Kombat Oyunlarında qalib oldu
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən III Ümumdünya Kombat Oyunlarında azərbaycanlı kikboksçusu Amin Quliyev qalib olub.
Futbolpress.az xəbər verir ki, o, finalda V İslam Həmrəylik Oyunlarının qalibi Əli Atabərk Gürbüzcanı məğlub edib.
"Lou kik" üzrə 60 kq çəki dərəcəsində keçirilən döyüşdə gənc idmançı türkiyəli rəqibinə qalib gələrək multiidman yarışının qızıl medalına yiyələnib.