Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən III Ümumdünya Kombat Oyunlarında azərbaycanlı kikboksçusu Amin Quliyev qalib olub. Futbolpress.az xəbər verir ki, o, finalda V İslam Həmrəylik Oyunlarının qalibi Əli Atabərk Gürbüzcanı məğlub edib. "Lou kik" üzrə 60 kq çəki dərəcəsində keçirilən döyüşdə gənc idmançı türkiyəli rəqibinə qalib gələrək multiidman yarışının qızıl medalına yiyələnib.