EN

Qaribaşvili Əli Əsədov və Paşinyanla görüşündən YAZDI

Gürcüstan hakimiyyəti regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün səylərini davam etdirməyə hazırdır.

Publika.az-ın məlumatına görə, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib.

“Şadam ki, “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın Baş nazirlərini qəbul etmək imkanım olub ki, biz Cənubi Qafqazın gələcəyi, irimiqyaslı regional layihələr, strateji layihələrin həyata keçirilməsi barədə birgə danışaq. Bu hamımızın ümumi maraqlarına cavab verir.

BMT tribunasından səsləndirdiyim dinc təşəbbüslər çərçivəsində ölkələrimizin rifahı naminə regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində səylərimizi davam etdirməyə hazırıq", - İrakli Qaribaşvili yazıb.

Chosen
326
6
publika.az

10Sources