Bakı. Trend:
Sabah Bakıda 25, rayonlarda 30 dərəcə isti olacaq.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanıntemperaturu gecə 15-18°, gündüz 21-25° olacaq. Atmosfer təzyiqi 758mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət60-65% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayimqərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 25-30°,dağlarda gecə 5-10°, gündüz 14-19° olacaq.